Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.05.2026 17:47

Qazax stadionunun güləş zalı yenidən qurulur

Qazax şəhər stadionunun ərazisində yerləşən güləş zalında əsaslı təmir və yenidənqurma işləri aparılır.Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin məlumatına görə, təmir işlərinə may ayının əvvəlindən başlanılıb və zalın ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.1984-cü ildən fəaliyyət göstərən güləş zalı 2022-ci ildən yararsız vəziyyətə düşərək fəaliyyətini dayandırmışdı.Yenilənmədən sonra zalda eyni vaxtda 50–60 uşağın məşq etməsi üçün müasir şərait yaradılacaq.