Bu günə xəbərlərin oxunma sayı: 666
—
22.05.2026 17:39
Tbilisi qatarında yeni baqaj qaydaları müəyyənləşib
Bakı-Tbilis-Bakı qatarında yeni baqaj qaydaları açıqlanıb. ADY-nin məlumatına görə, “Komfort” və “Komfort+” siniflərində 23 kq-dək, “Lüks” sinifində isə 30 kq-dək 1 ədəd baqajın daşınması pulsuz olacaq. Bundan əlavə, kiçik əl yükü və qatlanan uşaq arabasının da ödənişsiz daşınmasına icazə verilir. “Komfort+” kupesini tam bron edən sərnişinlər uşaq arabasını açıq vəziyyətdə də apara biləcəklər.
- Baxış: 165
