Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.05.2026 17:33

"Qarabağ"da növbəti transfer baş tutur

Ağdamın "Qarabağ" klubunun heyətinə qatacağı daha bir yeni futbolçunun kimliyi məlum olub. 26 yaşlı qambiyalı hücumçu Zakaria Savo transferi rəsmiləşdirmək üçün Azərbaycana yola düşüb. Hazırda Kiprin AEL klubunda çıxış edən futbolçunun müqavilə hüquqları İsveçin “Yurqorden” klubuna məxsusdur. Xatırladaq ki, “Qarabağ” daha əvvəl fransalı vinger Jali Muaddibin transferini də açıqlayıb.