Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.05.2026 16:09

Bahar Muradova: Uşaqların müdafiəsi Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova WUF13 çərçivəsində keçirilən müzakirədə bildirib ki, Azərbaycanda uşaqların müdafiəsi və təhlükəsiz mühitdə inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Komitə sədri qeyd edib ki, ölkədə uşaqlar üçün təhlükəsiz və inklüziv şəhər mühitinin yaradılması prioritet hesab olunur. Azərbaycan post-münaqişə dövründə insan mərkəzli yenidənqurma modelini tətbiq edir və bu yanaşma uşaqlar və gənclər üçün təhlükəsiz gələcəyin qurulmasına xidmət edir.