Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.05.2026 12:11

Qabiliyyət imtahanlarına qeydiyyat başlanır

Dövlət İmtahan Mərkəzi 2026–2027-ci tədris ili üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyata başlayıb. Mayın 21-dən iyunun 1-dək idman, təsviri sənət, musiqi, teatr, kino və xoreoqrafiya istiqamətləri üzrə elektron qeydiyyat aparılır. Qabiliyyət imtahanlarının isə iyun-avqust aylarında keçirilməsi planlaşdırılır. Abituriyentlər və subbakalavrlar müraciətlərini iyunun 1-i saat 23:59-dək təsdiqləməlidirlər.