Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.05.2026 10:22

Bakıdan Tbilisiyə qatarlar hər gün işləyəcək

"Azərbaycan Dəmir Yolları" və “Gürcüstan Dəmir Yolları” arasında əldə olunan ilkin razılaşmaya əsasən, Bakı-Tbilisi-Bakı sərnişin qatarları hər gün yola düşəcək.Qatar Bakıdan saat 23:10-da çıxaraq səhər saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə saat 21:00-da yola düşən qatar növbəti gün saat 06:24-də Bakıda olacaq.Marşrut üzrə Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Qardabani və Tbilisi stansiyalarında dayanacaq nəzərdə tutulub.