Bu günə xəbərlərin oxunma sayı: 666
—
15.05.2026 15:49
Əraqçi: Tehran Vaşinqtona etibar edə bilməz
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Vaşinqtona etibar etmir və mümkün razılaşmadan əvvəl bütün məsələlər tam şəkildə dəqiqləşdirilməlidir.O, bəzi qüvvələrin ABŞ-ı yenidən müharibəyə cəlb etməyə çalışdığını deyib və diplomatik həll yolunun vacibliyini vurğulayıb.İran üçün əsas məsələ istənilən razılaşmanın bütün detallarının əvvəlcədən aydınlaşdırılmasıdır. O həmçinin qeyd edib ki, bölgədə gərginliyi artırmaq istəyən tərəflər mövcuddur və ümid etdiyini bildirib ki, proses diplomatiya yolu ilə həll olunacaq.
- Baxış: 151
