Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.05.2026 17:57
Bakıda soyğunçuluğa görə 3 dəstə üzvü saxlanılıb
Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb. Zərərçəkən şəxs tanışlıq səhifələrinin birində ünsiyyətdə olduğu qadınla görüşmək üçün onun təyin etdiyi ünvana yollanıb. Qeyd edilən yerə çatanda isə tanımadığı şəxslər onun mobil telefonunu və kartında olan 110 manatını açıq talama yolu ilə ələ keçiriblər.Əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Məhəmməd Məmmədov, 20 yaşlı Zaur Həsənov və dəstənin 22 yaşlı qadın üzvü saxlanılıb. Saxlanılan şəxslərin paytaxtın digər ərazilərində də analoji əməllər törətdikləri məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
- Baxış: 41
