Bu günə xəbərlərin oxunma sayı: 666
— 12.05.2026 12:09

Sumqayıtda bağçada mərmiyə bənzər əşyalar aşkarlanıb

Sumqayıtda körpələr evi uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər iki əşya aşkarlanıb.Ərazi aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib.İlkin ehtimallara əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir.Faktla bağlı araşdırma aparılır.