Bu günə xəbərlərin oxunma sayı: 666
—
08.05.2026 17:30
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar təsdiqlənib
Azərbaycanda terror təşkilatları və təxribatla bağlı cəzalar sərtləşdirilib.Prezident İlham Əliyev Cinayət Məcəlləsinə və müvafiq qanuna dəyişiklikləri təsdiqləyib.Yeni qaydalara əsasən, terror təşkilatı yaratmaq və ya ona rəhbərlik etmək 10–14 il, üzv olmaq və ya iştirak etmək isə 7–12 il həbs cəzası ilə cəzalandırılacaq.Eyni zamanda təxribat anlayışı genişləndirilib. Kritik infrastruktur, enerji, nəqliyyat və rabitə sistemlərinə qarşı, eləcə də süni intellekt və proqram təminatları ilə törədilən əməllər də cinayət sayılacaq.
- Baxış: 50
