Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.05.2026 10:22

Bakıda və Şəkidə faciəvi yol qəzaları olub

Bakının Biləcəri qəsəbəsində “Kamaz” markalı yük avtomobilinin işıqforun qırmızı işığında dayanmaması səbəbindən qarşısındakı nəqliyyat vasitəsinə çırpılıb və zəncirvari qəza yaranıb.Hadisə zamanı yük avtomobilinin sürücüsü xəsarət alıb, digər avtomobillərə ciddi ziyan dəyib.Şəkidə "VAZ-2107"inin idarəetmədən çıxaraq aşması nəticəsində maşında olan sərnişin, 23 yaşlı Elçin Əhmədli hadisə yerində ölüb. Sürücü, 22 yaşlı Ömər Tanrıverdiyev və 16 yaşlı digər sərnişin isə xəsarət alıb.Faktlarla bağlı araşdırma aparılır.