Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.05.2026 10:21
Gəncədə zavodda yanğın baş verib
Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən günəbaxan tumu istehsalı fabrikində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, əraziyə 10 texnika və 60 nəfər canlı qüvvə cəlb olunub. Yanğın qısa müddətdə məhdudlaşdırılıb, daha sonra isə tam söndürülüb.Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
- Baxış: 42
