Bu günə xəbərlərin oxunma sayı: 666
— 04.05.2026 10:23

Azərbaycanda heyvan sığınacaqları üçün yeni qaydalar qüvvəyə minib

Azərbaycanda sahibsiz heyvan sığınacaqları ilə bağlı yeni baytarlıq-sanitariya norma və qaydaları qüvvəyə minib.Yeni tələblərə əsasən, sığınacaqların yaşayış, ictimai və inzibati binalarda yaradılmasına icazə verilməyəcək. Bu obyektlər yalnız epizootik baxımdan sağlam ərazilərdə yerləşdirilməli və daimi nəzarətdə saxlanılmalıdır.Qaydalara görə, sığınacaqlar yaşayış binalarından, sənaye müəssisələrindən və su hövzələrindən minimum 100 metr, avtomobil yollarından isə ən azı 30 metr məsafədə yerləşməlidir.Eyni zamanda, tibbi müayinədən keçməyən, yoluxucu xəstəlikləri olan və 18 yaşdan kiçik şəxslərin heyvanlara xidmət etməsinə icazə verilməyəcək.Sığınacaq əməkdaşları heyvanlardan keçə bilən xəstəliklərə qarşı peyvənd olunmalı, xüsusi qoruyucu vasitələrlə təmin edilməli və gigiyena qaydalarına ciddi əməl etməlidirlər.