Bu günə xəbərlərin oxunma sayı: 666
—
01.05.2026 17:39
Diplomatik korpus Qarabağda bərpa işləri ilə tanış olub
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetinin nəzdində fəaliyyət göstərən sərgi mərkəzini ziyarət ediblər. Səfər çərçivəsində 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir, diplomat və hərbi attaşe Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərini izləyib.Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Ağdamda inşa edilən aqroşəhərciyin “Böyük Qayıdış” proqramının mühüm tərkib hissəsi olduğunu bildirib. O qeyd edib ki, layihədə yaşayış və sosial infrastrukturla bağlı işlər tamamlanmaq üzrədir, hazırda sənaye sahəsi üzrə planlaşdırma aparılır. Belarusun Azərbaycanda digər sənaye layihələrində də iştirak etməkdə maraqlı olduğu vurğulanıb.
- Baxış: 44
