Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.05.2026 16:08

BMT rəsmisi Qarabağ səfərindən danışıb

BMT-nin müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç deyib ki, diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərləri Azərbaycanın tarixini və sülhə yanaşmasını daha yaxından anlamağa imkan yaradır. Onun sözlərinə görə, səfər diplomatik nümayəndələr üçün müsbət təcrübə olub. Səfərdə 60-dan çox ölkə və beynəlxalq təşkilatın 150-dən artıq nümayəndəsi iştirak edir.İqor Qarafuliç həmçinin deyib ki, Bakıda keçiriləcək WUF13 forumu çərçivəsində BMT-nin yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən Baş katibin müavini Azərbaycana səfər edəcək.