Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.04.2026 10:22

Dünya azərbaycanlıları Nyu-York merinin paylaşımına qarşı petisiya başladıb

ABŞ-nin Nyu-York şəhərinin meri Zöhran Kvame Mamdaninin “X” platformasında Azərbaycanla bağlı səsləndirilən fikirlər dünya azərbaycanlılarının etirazına səbəb olub.Bununla bağlı Azərbaycan-Amerika Gənclər Federasiyası təşəbbüsü ilə petisiya başladılıb. Petisiyada ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəklədiyi bir dövrdə qərəzli yanaşmaların narahatlıq doğurduğu vurğulanıb.Sənəddə həmçinin Birləşmiş Millətlər Təşkilatı nümayəndə heyətinin 2023-cü il 2 oktyabr tarixli hesabatına istinad edilərək Qarabağda mülki əhaliyə qarşı zorakılıq hallarının müşahidə olunmadığı qeyd edilib. Eyni zamanda, Vətən müharibəsi dövründə Gəncə, Bərdə və Tərtər şəhərlərinin raket atəşinə məruz qalması, həmçinin Xocalı soyqırımı xatırladılıb.Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları məsələ ilə bağlı bəyanatlar yayıb, etiraz məktubları ünvanlayıblar.