Bu günə xəbərlərin oxunma sayı: 666
—
29.04.2026 10:15
Avropadakı diaspor təşkilatları Mamdaninin Azərbaycana əsassız ittihamı ilə bağlı bəyanat yayıb
Avropadakı Azərbaycan diaspor təşkilatları ABŞ-ın Nyu-York şəhərinin meri Zöhran Kvame Mamdaninin açıqlamasına etiraz edib.Yayılan bəyanatda merin 1915-ci il hadisələri ilə bağlı “X” platformasındakı paylaşımında Azərbaycanın əsassız ittiham olunduğu bildirilib. Diaspor nümayəndələri açıqlamanı qərəzli və beynəlxalq hüququn prinsiplərinin təhrif edilməsi kimi qiymətləndiriblər. Azərbaycanın öz suveren ərazilərində atdığı addımların “hücum” və ya “soyqırımı” kimi təqdim edilməsi reallığı əks etdirmir. Təşkilatlar səsləndirilən ittihamlara görə üzr tələb edib və gələcəkdə obyektiv mövqe sərgilənməsinə çağırış ediblər.
- Baxış: 73
