Bu günə xəbərlərin oxunma sayı: 666
— 27.04.2026 10:13

Ölkə ərazisində ağır yol qəzaları baş verib

Gəncənin Cavad xan qəsəbəsində hərəkətdə olan "Hyundai", "Opel" və "VAZ-2104" markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan bir neçə nəfər xəstəxanaya yerləşdirilib.Cəlilabadda "VAZ-2106" və "Lada" markalı minik avtomobilləri toqquşub.Nəticədə 1977-ci il təvəllüdlü Zaur Tahirov, 1999-cu il təvəllüdlü Yusif Nəzərov, 2002-ci il təvəllüdlü Hüseyn Zeynalov, 2002-ci il təvəllüdlü Samir Seyfullayev və 2012-ci il təvəllüdlü yeniyetmə xəsarət alıb.Bakıda Abaszadə Murad Müslüm oğlu idarə etdiyi avtomobillə yolu keçən piyada - 2010-cu il təvəllüdlü yeniyetmə oğlanı vuraraq öldürüb. Faktlarla bağlı araşdırma aparılır.