Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.04.2026 14:15

Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək

Azərbaycan 2026-cı ilin iyun ayında Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək.Bu barədə Əli Əsədov Qazaxıstanın paytaxtı Astanada keçirilən “RES2026” regional ekoloji sammitində çıxışı zamanı bildirib.Bu tədbir qlobal dayanıqlı inkişaf gündəliyinə əlavə təkan verəcək. Azərbaycan COP29 təcrübəsinə əsaslanaraq, may ayında UN-Habitat ilə əməkdaşlıq çərçivəsində 13-cü Ümumdünya Şəhərsalma Forumuna da ev sahibliyi etməyə hazırlaşır.Bakı bu platformalar vasitəsilə şəhərsalma və ekologiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verməyi hədəfləyir.