Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.04.2026 17:39

Həbib Ağayev: "Qız futbolunu inkişaf etdirmək üçün oğlan futbolundan dəstək almalıyıq"

Azərbaycanın 19 yaşadək qızlardan ibarət futbol millisinin baş məşqçisi Həbib Ağayev bölgələrdə istedadlı oyunçuların axtarışının gücləndirilməsinin vacibliyini bildirib. O qeyd edib ki, qız futbolunun inkişafı üçün oğlan futbolundan da dəstək alınmalıdır. Baş məşqçinin sözlərinə görə, bir çox ölkələrdə aşağı yaş qruplarında qızların oğlan liqalarında çıxışına icazə verilir və bu, onların inkişafına müsbət təsir göstərir. Həbib Ağayev hesab edir ki, Azərbaycanda da U-7 və U-8 liqalarında belə təcrübənin tətbiqi faydalı ola bilər. O, Ayşən Salamzadəni nümunə göstərərək bildirib ki, uşaqlıqdan oğlanlarla oynayan qız futbolçular texniki baxımdan digərlərindən seçilirlər. Baş məşqçi əlavə edib ki, xarici təcrübədən istifadə olunmalı və nəticə üçün səbirli yanaşma vacibdir.