Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.04.2026 16:15
Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib
Belçika və Niderlandın Azərbaycandakı səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb.XİN-dən verilən məlumata görə, görüşlər zamanı 16 aprel 2026-cı ildə Belçika və Niderland parlamentlərində qəbul edilən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan sənədlərə kəskin etiraz bildirilib.Həmin sənədlər tamamilə əsassız iddialara əsaslanır və Azərbaycana qarşı qərəzli yanaşmanı nümayiş etdirir.XİN bildirib ki, sənədlərdə yer alan iddialar beynəlxalq hüququn pozulması kimi qiymətləndirilir və qəti şəkildə rədd edilir.Bakı həmçinin Ermənistanla sülh prosesi fonunda belə addımların “paradoksal” olduğunu vurğulayıb və tərəfləri parlamentlər daxilində anti-Azərbaycan qrupların təsirinin qarşısını almağa çağırıb.
- Baxış: 71
