Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.04.2026 16:13
Oğuzda təbiətə zərər verən 3 nəfər saxlanılıb
Oğuzun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacını kəsməkdə və təbiətə 5 min manatdan artıq maddi ziyan vurmaqda şübhəli bilinən kənd sakini, 58 yaşlı A.Məmmədov saxlanılıb.Digər əməliyyatla isə Yaqublu kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 60 hektar ərazinin qanunsuz olaraq zəbt etməkdə, 350 ədəd qaratikan kolunu məhv edərək təbiətə 26 min manatdan artıq maddi ziyan vurmaqda şübhəli bilinən iki nəfəri saxlanılıb.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 74
