Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.04.2026 14:11
Azərbaycanda uşaqların sosial şəbəkələrdə qorunması istiqamətində tədbirlər gücləndiriləcək
Azərbaycanda uşaqların internet və sosial şəbəkələrdə təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər gücləndiriləcək. Bunu Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov bildirib. Onun sözlərinə görə, sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi sərtləşdirilir və bu sahədə dövlətlərlə platformalar arasında əməkdaşlıq artır.
Qeyd olunub ki, uşaqların kibertəhlükəsizliyi üzrə strategiyada xüsusi müddəalar yer alır, maarifləndirmə isə əsasən müəllimlər vasitəsilə həyata keçiriləcək.Rauf Cabarov valideyn nəzarətinin vacibliyini vurğulayıb və yaxın illərdə bu sahədə ciddi irəliləyiş gözlənildiyini bildirib.
- Baxış: 71
