Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.04.2026 12:17
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edərək bildirib ki, ölkə ərazisində yağış və küləkli hava müşahidə olunur, bu isə yollarda sürüşkənlik və görmə məsafəsinin azalmasına səbəb olur. Sürücülərə sürət həddini azaltmaq, ara məsafəsini qorumaq və texniki sazlığa diqqət yetirmək tövsiyə edilir. Piyadalardan isə daha diqqətli olmaq və yol hərəkəti qaydalarına əməl etmək xahiş olunur.
- Baxış: 52
