Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.04.2026 17:23

Əraqçi Hörmüz boğazının açıldığını bildirib

İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının atəşkəs müddəti ərzində açıq qalacağını bəyan edib.Nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.Bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi İranın Limanlar və Dəniz Nəqliyyatı Təşkilatı tərəfindən müəyyən edilən razılaşdırılmış marşrut üzrə atəşkəsin qalan dövründə tam açıq elan edilir.Eyni zamanda ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında Hörmüz boğazının açılmasına görə İrana təşəkkür edib və keçidin tam bərpa olunduğunu bildirib.