Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.04.2026 16:12

Azərbaycanla birlikdə olduğumuz zaman daha güclüyük- Türkiyə rəsmisi

Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda iştirakı Azərbaycan–Türkiyə münasibətlərinin yüksək səviyyəsinin növbəti göstəricisi kimi qiymətləndirilir.Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib. Azərbaycan və Türkiyə qardaşlıq və strateji müttəfiqlik əsasında münasibətlərini uzun illərdir uğurla davam etdirir.İki ölkə arasında mövcud əməkdaşlıq bütün sahələr üzrə inkişaf edir və bu əlaqələrin daha da gücləndirilməsi istiqamətində birgə fəaliyyət davam etdirilir.Antalya Diplomatiya Forumunda Azərbaycan nümayəndə heyətinin iştirakı xüsusi məmnunluq doğurur və iki qardaş ölkə birlikdə olduqda daha güclü olur.