İlham Əliyev Antalyada görüşlər keçirib
Prezident İlham Əliyev Antalyada Moldova Prezidenti Maya Sandu ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin inkişafı, enerji sahəsində əməkdaşlıq və qarşılıqlı səfərlərin əhəmiyyəti müzakirə olunub, Azərbaycanın Moldovaya dəstəyi yüksək qiymətləndirilib.Dövlət başçısı həmçinin Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşdə enerji əməkdaşlığı və regional məsələləri müzakirə edib, Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya ixracının önəmi vurğulanıb. Tərəflər bölgədə münaqişələrin diplomatik yolla həllinin vacibliyini qeyd ediblər.Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşdə isə əlaqələrin inkişafı, qarşılıqlı dəstək və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
- Baxış: 36
