Bu günə xəbərlərin oxunma sayı: 666
—
17.04.2026 14:11
Hikmət Hacıyev: Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər
Cənubi Qafqaz artıq daha sabit və sülhə yaxın mərhələyə qədəm qoyub. Antalya Diplomatiya Forumu çərçivəsində “Dəyişən dünyada regional sahibliyin rolu” mövzusunda keçirilən panel sessiyasında çıxış edən Hacıyev qeyd edib ki, Azərbaycan Ermənistanla münaqişəni həll edərək regionda sabitlik və ərazi bütövlüyünü təmin edib.O vurğulayıb ki, regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər. Hacıyev əlavə edib ki, Azərbaycan Xəzər enerji resurslarının region ölkələrinin rifahı üçün istifadəsini hədəfləyir.
- Baxış: 47
