Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.04.2026 14:09

Emin Ağalarov: Azərbaycan-Rusiya biznes-forumu hər il keçirilə bilər

Azərbaycan–Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Emin Ağalarov hər il ikitərəfli biznes-forumun keçirilməsini təklif edib.Bakıda keçirilən iclasda çıxış edən Ağalarov bildirib ki, ötən ilin sentyabrında "Sea Breeze"də Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin dəstəyi ilə biz birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu uğurlu nəticələr verib və bu formatın davam etdirilməsi planlaşdırılır.O qeyd edib ki, Azərbaycan–Rusiya biznes-forumu ticarət əlaqələrinin güclənməsinə və sahibkarlar arasında dialoqun genişlənməsinə töhfə verə bilər.