Bu günə xəbərlərin oxunma sayı: 666
—
17.04.2026 14:08
Ağdam-Xankəndi dəmir yolunun gələn il açılışı planlaşdırılır"
Ağdam-Xankəndi dəmir yolunun gələn il istifadəyə verilməsi planlaşdırılır. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayev bildirib ki, 2025-ci ildə sərnişindaşıma şəbəkəsi genişləndirilib və bir sıra yeni marşrutlar bərpa olunub.Bakı-Balakən, Bakı-Qazax və Bakı-Ağdam xətləri yenidən fəaliyyətə başlayıb, Gəncə-Qəbələ xətti isə ilk dəfə istifadəyə verilib. Gələn il Ağdam-Xankəndi dəmir yolu ilə yanaşı, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır.
- Baxış: 37
