Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.04.2026 12:17

İlham Əliyev V Antalya Diplomatiya Forumunda iştirak edir

Antalyada Prezident İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa  və Şimali Kiprin Prezidenti Tufan Erhürmanla ilə görüşü olub. Qeyd edək ki, Antalyada V Antalya Diplomatiya Forumu (ADF2026) işə başlayıb. “Gələcəyi planlaşdırarkən problemlərin öhdəsindən gəlmək” mövzusuna həsr olunan forum Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə keçirilir. Tədbirdə dövlət və hökumət başçıları, diplomatlar, ekspertlər və media nümayəndələri iştirak edir. Forum çərçivəsində qlobal problemlər, regional proseslər və gələcək çağırışlara hazırlıq məsələləri müzakirə olunur.ADF2026 aprelin 19-dək davam edəcək.