Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.04.2026 12:15

Şahin Mustafayev: "İranla sərhəddəki infrastrukturla sutkada minə yaxın yük maşını buraxılacaq"

Azərbaycan-İran sərhədindəki infrastruktur sutkada 1 000-ə yaxın yük maşınının buraxılmasına imkan verəcək. Bu barədə Baş nazirin müavini Şahin Mustafayev Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib. Onun sözlərinə görə, Ağbənd istiqamətində avtomobil yolu, körpü və buraxılış məntəqələri “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin mühüm hissəsini təşkil edir. Şahin Mustafayev qeyd edib ki, bu layihələr regionda tranzit imkanlarını daha da genişləndirəcək.