Bu günə xəbərlərin oxunma sayı: 666
—
17.04.2026 12:14
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov-a inteqrasiya edilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin daxili elektron sənəd dövriyyəsi sistemi “myGov” platformasına inteqrasiya edilib.Bu addım Prezident İlham Əliyevin dövlət xidmətlərinin vahid elektron platforma üzərindən həyata keçirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq atılıb.Yeni inteqrasiya nəticəsində vətəndaşların müraciət prosesi sadələşdirilir, məmur-vətəndaş təması minimuma endirilir və şəffaflıq artırılır.Bu yenilik həmçinin “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilmiş ərazilərə qayıdan vətəndaşların dövlət xidmətlərinə daha operativ çıxışını təmin etmək baxımından xüsusi əhəmiyyət daşıyır.
- Baxış: 38
