Bu günə xəbərlərin oxunma sayı: 666
—
17.04.2026 12:10
Hidayət Heydərov Avropa çempionatına qələbə ilə start verib
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/16 finalda yunanıstanlı rəqibinə ipponla qalib gəlib.Ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi - Əhməd Yusifov və Turan Bayramov bürünc medal qazanıb.Avropa çempionatı aprelin 19-da başa çatacaq.
- Baxış: 69
