Bu günə xəbərlərin oxunma sayı: 666
—
17.04.2026 10:18
Bu gün Ümumdünya Hemofiliya Günüdür
Bu gün dünyada Ümumdünya Hemofiliya Günü qeyd olunur.Hər il aprelin 17-də keçirilən bu günün məqsədi hemofiliya xəstəliyi ilə bağlı ictimai məlumatlılığı artırmaq və xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasına diqqət çəkməkdir. Bu ilin mövzusu “Diaqnoz: qayğıya ilk addım” olaraq müəyyən edilib və erkən diaqnostikanın əhəmiyyəti vurğulanır. Mütəxəssislərin məlumatına görə, hemofiliya qanın laxtalanma pozulması ilə xarakterizə olunan ağır genetik xəstəlikdir və əsasən kişilərdə müşahidə olunur. Dünya üzrə təxminən 450 min insan bu xəstəlikdən əziyyət çəkir. Müasir müalicə üsulları sayəsində xəstələrin həyat keyfiyyəti və ömür uzunluğu əhəmiyyətli dərəcədə artsa da, bir çox hallarda lazımi tibbi xidmətə çıxış hələ də məhduddur.
- Baxış: 67
