Sahibə Qafarova İstanbulda sülh və əməkdaşlıq çağırışı edib
Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında çıxış edib.O bildirib ki, artan qlobal qeyri-müəyyənlik fonunda münaqişələr, gərginliklər və bərabərsizliklər dərinləşir, bu isə sülh və ədalətin əsaslarını sarsıdır. Sədr parlamentlərin sülhü təşviq etməli və gələcək nəsillərin maraqlarını qoruyan qərarlar qəbul etməli olduğunu vurğulayıb.Assambleya çərçivəsində TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşdə isə Azərbaycan tərəfinin təşkilatın inkişafını dəstəkləməkdə davam edəcəyi bildirilib. Bununla yanaşı, Sahibə Qafarova Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. Görüşdə ona Gürcüstan Parlamentinin “Şərəf” medalı təqdim olunub.Tərəflər parlamentlərarası əməkdaşlığın inkişafını yüksək qiymətləndirərək qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər.Sahibə Qafarova bu gün İstanbulda Ermənistan parlamentinin sədri Alen Simonyanla da görüşəcək.
- Baxış: 54
