Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.04.2026 10:16

İran tarixi seçim qarşısındadır

İsrailin müdafiə naziri İsrael Kats İranı xəbərdar edərək bildirib ki, Tehranın hazırkı siyasəti davam edərsə, daha sərt zərbələr endirilə bilər. O, İranın gələcəyə açılan yol ilə təcrid və dağıntı arasında seçim etməli olduğunu deyib. ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonda açıqlamasında İranla danışıqların müsbət getdiyini bildirib. Onun sözlərinə görə, sülh sazişi gözləniləndən daha tez əldə oluna bilər. Bununla yanaşı, Tramp ABŞ-ın İran limanlarına qarşı blokadanı davam etdirdiyini və lazım gələrsə hərbi əməliyyatların yenidən başlaya biləcəyini qeyd edib. Bu arada, ABŞ Prezidentinin sözlərinə görə, İsrail və Livan arasında 10 günlük atəşkəs elan olunub. Bölgədə vəziyyət isə hələ də gərgin olaraq qalır.