Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.04.2026 12:15

Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı ekstradisiya ediləcək

Baş Prokurorluğun məlumatına görə, ağır cinayətlərdə ittiham olunan Azərbaycan vətəndaşı Səbutər Babayevin Türkiyədən ekstradisiyası ilə bağlı vəsatət təmin olunub.İstintaqla onun mütəşəkkil dəstə tərkibində narkotik və psixotrop maddələrin qaçaqmalçılığı və satışı ilə məşğul olmasına əsaslı şübhələr müəyyən edilib.Beynəlxalq axtarışa verilən Babayev Türkiyədə saxlanılıb. Hazırda onun Azərbaycana gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.