Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.04.2026 10:16

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə məktəblərdə baş verən silahlı hücumlarla bağlı başsağlığı verib.Nazirliyin “X” sosial şəbəkə hesabındakı paylaşımda bildirilib ki, qardaş Türkiyədə son günlər orta məktəblərdə baş verən silahlı hücumlar dərin kədər doğurur.Paylaşımda həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verilib, yaralananlara şəfa arzulanıb. Həmçinin vurğulanıb ki, Azərbaycan bu ağır günlərdə Türkiyə xalqı və hökuməti ilə həmrəydir.Qeyd edək ki, aprelin 15-də Türkiyənin Onikişubat bölgəsində yerləşən Ayser Çalık orta məktəbində 8-ci sinif şagirdi silahlı hücum törədib. Nəticədə 9 nəfər həlak olub, 13 nəfər yaralanıb. Ölənlərdən biri müəllim, səkkizi isə şagirddir.