Bu günə xəbərlərin oxunma sayı: 666
— 15.04.2026 10:14

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 41 il ötür.Zərifə Əliyeva 1923-cü ildə Naxçıvanda anadan olub, ömrünü tibb elminin oftalmologiya sahəsinə həsr edib və bu sahədə mühüm elmi nailiyyətlər qazanıb.O, Azərbaycanda göz xəstəliklərinin, xüsusilə traxomanın aradan qaldırılmasında böyük rol oynayıb, həmçinin görmə orqanının peşə patologiyası sahəsinin əsasını qoyub.Akademik Heydər Əliyevin həyat yoldaşı olan Zərifə Əliyeva həm də fəal ictimai xadim kimi tanınıb.Qeyd edək ki, o, 1985-ci il aprelin 15-də Moskvada vəfat edib.