Bu günə xəbərlərin oxunma sayı: 666
—
14.04.2026 16:11
Leyla Əliyeva: Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir
Bu gün qadınların fəal iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayır.Azərbaycanda qadınların rolu daim yüksək qiymətləndirilir və bu, milli ənənələrin ayrılmaz hissəsidir.Bunu Leyla Əliyeva Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə çıxışı zamanı deyib.Leyla Əliyevanın sözlərinə görə, qadınlar bu gün ölkədə biznes qurur, ictimai təşəbbüslərə rəhbərlik edir və iqtisadiyyatda mühüm yer tutur.Ötən il qadınlar Azərbaycanda məşğul əhalinin təxminən 50 faizini təşkil edib.O, həmçinin Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində qadınların qərar qəbuletmədə iştirakının dəstəkləndiyini vurğulayıb və AQEM Qadınlar Şurasının yaradılmasını mühüm addım kimi qiymətləndirib.
- Baxış: 53
