Bu günə xəbərlərin oxunma sayı: 666
—
14.04.2026 10:08
"Turan"ın prezidenti: "Tovuz voleybol şəhərinə çevrilə bilər"
"Turan" voleybol klubu Azərbaycan Yüksək Liqasında finala yüksəlib. Komanda yarımfinalda "Gəncə"ni hər iki oyunda 3:0 hesabı ilə məğlub edib. Klubun prezidenti Həsən Zeynalov bildirib ki, məqsəd artıq yerinə yetirilib və komanda avrokuboklara vəsiqə qazanıb. Onun sözlərinə görə, çempionluq əldə olunsa, Tovuz voleybol şəhərinə çevrilə bilər. Finalda Turanın rəqibi "DH Volley" olacaq. Klub rəsmisi həlledici oyunda şansların bərabər olduğunu qeyd edib.
- Baxış: 43
