Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.04.2026 14:26

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

"Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında növbəti dialoq görüşü keçirilir.Aprelin 10–12-də Azərbaycanda baş tutan dəyirmi masada iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edir. Erməni nümayəndə heyətinin bu dəfə Azərbaycana quru sərhədi vasitəsilə, sərhəd və pasport nəzarət prosedurlarından keçərək daxil olduğu bildirilir.Görüşlər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və liderlər tərəfindən təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində həyata keçirilir.Müzakirələrdə sülh prosesinin hazırkı vəziyyəti, iştirakçıların öz ölkələrindəki fəaliyyətləri, əldə olunan nəticələr və regiondakı ümumi vəziyyət müzakirə olunur. Sessiyalarda həmçinin cəmiyyət səviyyəsində etimadın artırılması və sülh prosesinin gələcək mərhələləri diqqət mərkəzindədir.