Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.04.2026 17:41

Azərbaycan və Pakistan XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.Tərəflər regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edib, ABŞ və İran arasında əldə olunan atəşkəsi müsbət qiymətləndiriblər.Ceyhun Bayramov Pakistanın bu prosesdə rolunu yüksək qiymətləndirərək, İslamabad danışıqlarının uğurlu olacağına ümid etdiyini bildirib.Nazirlər həmçinin Azərbaycan–Pakistan əməkdaşlığının inkişaf perspektivlərini də müzakirə ediblər.