Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.04.2026 17:36

İranın tələbi: Şərtlərimiz qəbul edilməsə, döyüş əməliyyatlarını intensivliklə bərpa edəcəyik

İran müharibənin dayandırılmasının BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsbit edilməsini tələb edir.Bu barədə İslamabaddakı danışıqlar ərəfəsində yüksək rütbəli İran mənbəyi "TASS"a deyib.Əks halda, İran ABŞ və İsrailə qarşı döyüş əməliyyatlarını daha böyük intensivliklə bərpa etməyə hazırdır.Avropa diplomatiyasının rəhbəri Kaya Kallas isə BƏƏ-nin baş nazirinin müavini və xarici işlər naziri şeyx Abdulla bin Zayed Əl Nəhyan ilə Yaxın Şərqdəki gərginliyi və onun Livan və İraq üçün regional təsirlərini müzakirə edib.O, ABŞ və İran arasında atəşkəsin “kövrək” olduğunu, Hörmüz boğazının açılmasının prioritet olduğunu vurğulayıb. Qeyd edək ki,İran atəşkəs sazişinə əsasən Hörmüz boğazından gündə 15-dən çox gəminin keçməsinə icazə verməyəcək.