Bu günə xəbərlərin oxunma sayı: 666
—
09.04.2026 17:31
Gəncədə region ziyalılarının iştirakı ilə dəyirmi masa keçirilib
Gəncədə region ziyalılarının iştirakı ilə dəyirmi masa təşkil olunub.Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi çərçivəsində keçirilib.Layihənin məqsədi ölkənin tanınmış ziyalılarını, elm, mədəniyyət, idman və din xadimlərini regionlara cəlb edərək əhali ilə birbaşa ünsiyyət yaratmaq, sosial mövzularda fikir mübadiləsi aparmaq və gənc nəsli sağlam, savadlı, məsuliyyətli vətəndaş kimi formalaşdırmağa dəstək verməkdir.Görüş iki hissədən ibarət olub; birinci hissə Gəncə Şəhər İcra Hakimiyyətində baş tutub və region üzrə yerli əlaqələndirici şura yaradılıb.
- Baxış: 53
