Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.04.2026 16:16

Əli Əsədov litvalı həmkarı ilə Orta Dəhliz üzrə əməkdaşlığı müzakirə edib

Baş nazir Əli Əsədov Azərbaycanda səfərdə olan Litvanın Baş naziri İnqa Ruqiniene ilə görüşüb. Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat və enerji sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.Onlar ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi və Orta Dəhliz üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafı məsələləri diqqət mərkəzində olub.