Prezident Litvanın baş nazirini və Türkiyənin daxili işlər nazirini qəbul edib
Prezident İlham Əliyev Litvanın Baş naziri İnqa Ruqinieneni qəbul edib. Görüşdə Azərbaycan–Litva əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub, iqtisadi-ticari, enerji, investisiya, təhsil və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib. Tərəflər qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar.Nazir Azərbaycanla Ermənistan arasında sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayaraq bu münasibətlə Prezidentə təbriklərini çatdırıb. Dövlət başçısı isə bildirib ki, regionda sülhün və gələcək ticarət münasibətlərinin təşəbbüskarı məhz Azərbaycandır.Artıq 30 minə yaxın keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdıb, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Bununla yanaşı, mina problemi hələ də qalır və bu, prosesləri ləngidir.Müharibədən sonra 400-dən çox insan mina partlayışlarının qurbanı olub.Prezident Türkiyənin daxili işlər naziri Mustafa Çiftçini də qəbul edib. Görüşdə Azərbaycan–Türkiyə münasibətlərinin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığı qeyd olunub, xüsusilə daxili işlər orqanları arasında uğurlu əməkdaşlıq vurğulanıb.
- Baxış: 61
