Bu günə xəbərlərin oxunma sayı: 666
—
09.04.2026 10:40
Ukrayna və Azərbaycan XİN başçıları əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı olub.Tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Nazirliklər arasında əməkdaşlığın daha da gücləndirilməsinə sadiqlik bir daha təsdiqlənib. Danışıq zamanı təhlükəsizlik məsələləri, nəqliyyat dəhlizləri və beynəlxalq gündəmin digər mövzuları ətrafında da fikir mübadiləsi aparılıb.
- Baxış: 49
