Bu günə xəbərlərin oxunma sayı: 666
—
09.04.2026 10:39
SEPAH mina təhlükəsinə görə Hörmüz boğazından keçid üçün yeni qaydalar tətbiq edib
İranda Hörmüz boğazından keçidlə bağlı yeni məhdudiyyət tətbiq olunub. SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin təlimatına əsasən, bölgədə dəniz minaları təhlükəsi səbəbilə bütün gəmilər yalnız iki alternativ marşrutdan istifadə etməlidir. Keçid isə İran hərbi qurumları ilə məcburi koordinasiya əsasında həyata keçiriləcək. Məqsəd gəmiçilik təhlükəsizliyini təmin etmək və mümkün risklərin qarşısını almaqdır.Qeyd edək ki, İran və ABŞ arasında əldə olunmuş iki həftəlik atəşkəs dövründə Hörmüz boğazından keçidin məhdud, lakin nəzarətli şəkildə təmin ediləcəyi açıqlanıb. İsrail isə atəşkəsin Livana aid olmadığını bildirərək bölgədə zərbələri davam etdirir.
- Baxış: 47
